Əsas məzmuna keç

Şirkətlər üçün QR platforması — davamiyyət və gündəlik proseslər

İş yerindən kənarda vurulan giriş qeydə alınmır.

İşçi divardakı QR kodu öz telefonu ilə, yalnız iş yerində oxudur. Evdən «gəldim» yazmaq, dostuna oxutdurmaq, kağız tabel düzəltmək — hamısı bitir. Hesabat özü hazırlanır.

Şirkət hesabı Pulsuz başlanğıc Bir neçə dəqiqəyə qurulur

verified_user Kart tələb olunmur. Hesablaşma hesab-faktura və bank köçürməsi ilə aparılır.

Hər qeydiyyat cəhdi belə yoxlanılır
  1. timer Vaxt ekrandakı kod hələ keçərlidir — 41 saniyə qalıb check_circle keçdi
  2. smartphone Cihaz işçinin təsdiqlənmiş telefonu check_circle keçdi
  3. wifi Şəbəkə bu QR kod üçün açılmayıb remove söndürülüb
  4. location_on Yer işçi obyektdən 412 metr aralıdadır — icazə verilən məsafə 100 metrdir cancel keçmədi
block Qeydə alınmadı — işçi iş yerində deyil

Uğursuz cəhd də qeydə alınır: kim, nə vaxt, hansı səbəbdən. Heç nə itmir, hər şey izah olunur.

draw Sxematik təsvir — məhsulun ekran görüntüsü deyil.

Modul mağazası

Bir QR infrastrukturu. Bir neçə əməliyyat prosesi.

Davamiyyət hər plana daxildir. Təmizlik, yoxlama və turlar, aktivlər və xidmət, ziyarətçi və tədbirlər, müştəri məmnuniyyəti, iş qrafiki, komanda ilə əlaqə — yeddi modul bu gün canlıdır. Eyni QR lövhələri, eyni panel, hər biri ayrıca açılır.

schedule Davamiyyət Hər plana daxildir
cleaning_services Təmizlik nəzarəti Canlı
fact_check Yoxlama və turlar Canlı
inventory_2 Aktivlər və xidmət Canlı
badge Ziyarətçi və tədbirlər Canlı
sentiment_satisfied Müştəri məmnuniyyəti Canlı
calendar_month İş qrafiki Canlı
campaign Komanda ilə əlaqə Canlı

Qiymət hesablayıcısı

Qiyməti işçi sayınıza görə özünüz hesablayın.

Başlanğıc 25 işçiyə ildə 390 ₼, Biznes 100 işçiyə 990 ₼, Pro 500 işçiyə 2 990 ₼. Hesablayıcı planı, modulları və işçi başına aylıq dəyəri bir ekranda göstərir — komanda böyüdükcə bu dəyər düşür.

İşçi Plan İllik 1 işçi / ay
25 Başlanğıc 390 ₼ 1,30 ₼
100 Biznes 990 ₼ 0,83 ₼
500 Pro 2 990 ₼ 0,50 ₼
calculate İllik qiymət 12 aya və planın işçi tavanına bölünüb.

Sizin brendinizlə tətbiq

İşçinin telefonunda QRFlow yox, sizin şirkətiniz görünür.

Loqonuzu bir dəfə yükləyirsiniz — tətbiq ikonu, giriş ekranı və ad sizin brendinizlə olur. İşçi bir linklə və ya QR ilə quraşdırır; App Store və Google Play axtarışı yoxdur.

09:41
A

Acme MMC

Ana ekran

qrflow.id/c/acme

Sxematik təsvir — məhsulun ekran görüntüsü deyil.

Tanış problemlər

Bunlardan hansı sizin şirkətdə hələ də yaşayır?

QRFlow bu dörd problemi bir divardakı QR kodla bağlayır.

edit_document

Kağız tabel və Excel xaosu

Ay sonu tabel yığmaq saatlar aparır, səhvlər maaşa gedir. QRFlow-da tabel hər skandan sonra özü yığılır — istənilən an hazırdır.

person_off

«Dostum yerimə kartı oxudar»

Kart və kağız imza başqasına ötürülür. Burada qeydiyyat işçinin öz təsdiqlənmiş telefonuna bağlıdır və yalnız iş yerində işləyir.

storefront

Filiallar gözdən kənarda

Kim gəldi, kim gecikdi, hansı obyekt boşdur — hamısı bir ekranda, bütün filiallar üzrə, canlı.

receipt_long

Hesabat itir, mübahisə qalır

«Mən gəlmişdim» mübahisəsi bitir: hər giriş-çıxış vaxtı və yeri ilə qeydə alınır, təsdiqlənmiş hesabat sonradan dəyişmir.

Necə işləyir

Üç addım — və ilk hesabatınız hazırdır.

Qeydiyyatdan ilk QR koda qədər adətən bir neçə dəqiqə çəkir. Panel sizi addım-addım aparır.

  1. 1 edit_note Qeydiyyatdan keçin Kart tələb olunmur. İş sahəniz dərhal açılır — ilk obyekt və standart iş qrafiki hazır gəlir.
  2. 2 groups İşçiləri əlavə edin Bir-bir yazın və ya hazır siyahınızı Excel faylından bir dəfəyə yükləyin.
  3. 3 qr_code_2 QR kodu çap edib divara vurun İşçilər öz telefonu ilə oxudur. Elə həmin gündən kim gəldi, kim gecikdi — ekranınızdadır.

Sistem dörd dildə danışır — Azərbaycan, ingilis, rus və özbək. Hansının açıq olacağını siz seçirsiniz.

shield Nəyə görə aldatmaq olmur

Qeydiyyatı saxtalaşdırmağın bütün tanış yolları burada bağlıdır.

Hər yoxlamanı öz qaydalarınıza görə açıb-bağlaya bilirsiniz. Aşağıdakılar şüar deyil — sistemin gündəlik işidir.

Yer

Evdən «gəldim» yazmaq mümkün deyil.

İşçi yalnız obyektin ərazisində — standart olaraq 100 metr məsafədə — qeydiyyat edə bilir. Məsafəni hər obyekt üçün özünüz təyin edirsiniz.

verified Telefon yerini gizlədirsə də nəticə eynidir: qeydiyyat qəbul edilmir. Şübhəli hal heç vaxt «keçdi» sayılmır.

Cihaz

Dost yerinə oxutmaq keçmir.

Hər işçi yalnız öz təsdiqlənmiş telefonundan qeydiyyat edə bilir. Tanınmayan telefondan oxudulan kod qəbul edilmir.

verified Telefon itsə, bir kliklə silinir — həmin telefondan daha heç kim qeydiyyat edə bilmir.

Şəbəkə

İstəsəniz — yalnız obyektin Wi-Fi şəbəkəsindən.

Əlavə sığorta istəyənlər üçün: qeydiyyat yalnız iş yerinizin internetindən qəbul edilsin. Bu yoxlama könüllüdür — hər QR kod üçün ayrıca açılır.

verified Kənar şəbəkədən gələn cəhd qəbul edilmir və səbəbi ilə qeydə alınır.

Vaxt

QR kodun şəklini çəkib paylaşmaq işə yaramır.

Ekranda göstərilən kod özü-özünə yenilənir, köhnəsi dərhal keçərsiz olur. Şəklini çəkib evdəkinə göndərmək mümkün deyil.

verified Köhnə kodun şəklindən yeni kod düzəltmək də mümkün deyil.

hourglass_top

Təkrar oxutma hesabatı şişirtmir

Uğurlu qeydiyyatdan sonra qısa fasilə işə düşür — təsadüfən iki dəfə oxudulan kod ikiqat qeyd yaratmır. İşçi nə vaxt təkrar oxuda biləcəyini ekranda görür.

Giriş, yoxsa çıxış olduğuna sistem özü qərar verir — işçi seçim edə bilmir, deməli səhv də edə bilmir.

Hesabatın düzgünlüyü

Bu rəqəmlər maaşa gedir. Ona görə üç şey qırılmır.

Davamiyyət sistemi ilə mühasib arasındakı fərq bir neçə xırda detaldır — və hər biri ayda bir dəfə əl işi yaradır.

Pozulmuş
  • Sebine Rehimova
  • Ilqar Huseynzade
  • Gunel Sixaliyeva
Düzgün
  • Səbinə Rəhimova
  • İlqar Hüseynzadə
  • Günel Şıxalıyeva

Adlar pozulmur

Excel faylında Ə, ğ, ı, İ, ö, ş, ü hərfləri olduğu kimi qalır — siyahını əl ilə düzəltmək lazım gəlmir.

PDF hesabatlarda da Azərbaycan hərfləri düzgün çıxır — çapa birbaşa göndərə bilərsiniz.

history

Keçmiş hesabat dəyişmir

Növbənin qaydası — başlama, bitmə, güzəşt dəqiqəsi, fasilə — sessiya açılan anda şəkil kimi saxlanılır. Sabah qaydanı dəyişsəniz, keçən ayın tabeli olduğu kimi qalır.

check_small Qayda dəyişikliyi geriyə işləmir.

schedule

Saat dəyişəndə rəqəm sürüşmür

Gecə növbələri, gecəni keçən iş və saat dəyişimləri hesabatı çaşdırmır — rəqəmlər həmişə sizin yerli vaxtınızla düz gəlir.

check_small Gecə növbəli şirkətlər üçün ayrıca yoxlanılıb.

Bir gündə bir neçə sessiya normaldır: nahar fasiləsi girişi bağlayır, qayıdış yenisini açır. Gecikmə yalnız günün ilk gəlişinə görə hesablanır.

Bir mühərrik, çox iş

Divarda bir QR. Arxasında bir neçə proses.

Eyni skan mühərriki, eyni işçi siyahısı, eyni hesabat. Davamiyyətlə başlayın, qalanını Mağazadan açın — yeni sistem qurmadan.

  • schedule Həmişə daxildir

    Davamiyyət

    QR ilə giriş/çıxış, tabel, növbələr, düzəliş sorğuları.

  • cleaning_services Canlı

    Təmizlik nəzarəti

    Divardakı QR ilə təmizlik qeydi və çeklist: kim, nə vaxt, hansı bəndləri təsdiqlədi.

  • fact_check Canlı

    Yoxlama və turlar

    Avadanlıq və sahə yoxlamaları çeklistli aktla; mühafizə turları — marşrut nöqtələri və gecikmə siqnalı.

    Daxildir
    Yoxlama Patrul
  • inventory_2 Canlı

    Aktivlər və xidmət

    Avadanlığın yeri, təhvil-təslim, inventarlaşma və planlı texniki xidmət qrafiki.

    Daxildir
    Aktivlər Texniki xidmət
  • badge Canlı

    Ziyarətçi və tədbirlər

    Qonaqların girişi, host təsdiqi və ziyarət jurnalı; tədbirə qeydiyyat və iştirakın QR ilə təsdiqi.

    Daxildir
    Ziyarətçilər Tədbirlər
  • sentiment_satisfied Canlı

    Müştəri məmnuniyyəti

    Kassada və ya masada QR: bir toxunuşla qiymət, aşağı balda səbəb.

  • calendar_month Canlı

    İş qrafiki

    Həftəlik növbə planı (şablonlar, dərc, bildiriş), işçi kabinetində növbələr və əvəzetmə xahişi, plan–fakt müqayisəsi: gəldi, gecikdi, üzrlü, gəlmədi.

  • campaign Canlı

    Komanda ilə əlaqə

    Elan + oxundu təsdiqi, anonim daxili sorğu, təlimatla tanışlıq imzası və çap üçün vərəqə.

info Təmizlik, ziyarətçi və tədbirlər, müştəri məmnuniyyəti, komanda ilə əlaqə Başlanğıc planından açılır; yoxlama və turlar, iş qrafiki — Biznesdən; aktivlər və xidmət — Pro-dan.

Modul qiyməti planınızdan asılıdır

₼ / ay Başlanğıc Biznes Pro
Yüngül modul 15 ₼ 29 ₼ 59 ₼
Ağır modul 19 ₼ 39 ₼ 79 ₼

Davamiyyət heç vaxt ayrıca ödənilmir. Enterprise planında bütün modullar plana daxildir.

Hər modulu 14 gün pulsuz sınamaq olar — hər modul üçün bir dəfə.

Eyni anda açıq saxlanıla bilən modul sayı: Başlanğıc 1 · Biznes 2 · Pro 4 · Enterprise limitsiz.

Modulu bağlasanız qeydləriniz silinmir: tarixçə oxunaqlı qalır, ixrac açıq olur.

Sizin brendiniz

İşçinin telefonunda sizin loqonuz görünür, bizim yox.

Komandanız telefona tətbiqi SİZİN adınız və loqonuzla əlavə edir — tətbiq mağazasında axtarmadan, bir linklə.

  • check_circle Loqonuzu bir dəfə yükləyirsiniz — tətbiq ikonu hər telefon üçün avtomatik hazırlanır.
  • check_circle Açılış ekranı da sizin korporativ rənginizdə olur.
  • check_circle Qeydiyyat yalnız internet olanda işləyir — məhz buna görə heç kim onu saxtalaşdıra bilmir.

info Tətbiq brauzerdən bir toxunuşla quraşdırılır — App Store və ya Google Play axtarmağa ehtiyac yoxdur.

09:41
A

Acme MMC

İşçinin ana ekranı

qrflow.id/c/acme

Sxematik təsvir — ikon və rəng şirkətin loqosundan yaradılır.

Açıq qiymət

Qiyməti görmək üçün heç kimlə danışmaq lazım deyil.

İllik ödəniş aylıqdan təxminən 32% ucuzdur. Aşağıda illik məbləğlər göstərilib.

Pulsuz

Qiymətləndirmə üçün

0 ₼

 

  • checkDavamiyyət modulu hər plana daxildir
  • removeƏlavə modul yeri yoxdur
  • removeHədlər ayrıca razılaşdırılır
play_circleQaydaları qeydiyyatsız sına

Başlanğıc

Bir obyekt, kiçik komanda

390 ₼/il

ildə bir dəfə hesablanır · 34% aşağı

  • check25 işçi
  • check2 məkan
  • check3 aktiv QR kod
  • checkEyni anda 1 əlavə modul

1,30 ₼ 1 işçi/ay · plan limiti dolu olduqda

rocket_launchPulsuz başla
Tövsiyəmiz

Biznes

Bir neçə obyekt, növbəli iş

990 ₼/il

ildə bir dəfə hesablanır · 31% aşağı

  • check100 işçi
  • check5 məkan
  • check10 aktiv QR kod
  • checkEyni anda 2 əlavə modul

0,83 ₼ 1 işçi/ay · plan limiti dolu olduqda

rocket_launchPulsuz başla
Ən aşağı 1 işçi/ay

Pro

Çoxfiliallı əməliyyat

2 990 ₼/il

ildə bir dəfə hesablanır · 31% aşağı

  • check500 işçi
  • check20 məkan
  • check50 aktiv QR kod
  • checkEyni anda 4 əlavə modul

0,50 ₼ 1 işçi/ay · plan limiti dolu olduqda

rocket_launchPulsuz başla

infoPulsuz planın hədləri komandamızla razılaşdırılır. Düymə sizi qeydiyyatsız demoya aparır — qaydaları elə indi sınayın.

Enterprise

Limitsiz miqyas, bütün modullar

  • checkLimitsiz işçi
  • checkLimitsiz məkan
  • checkLimitsiz aktiv QR kod
  • checkBütün modullar daxildir

5 990 ₼-dan

ildə bir dəfə hesablanır · 31% aşağı

rocket_launchPulsuz başla

Planların tam müqayisəsi, modul qiymətləri və kalkulyator qiymət səhifəsindədir.

Hesablaşma rəsmi hesab-faktura və bank köçürməsi ilə aparılır — mühasibatlığınız üçün sənədli və rahat.

Qiymət və kalkulyator arrow_forward

Dürüst müqayisə

Adi QR davamiyyət sistemindən fərq — güzəştimiz də daxil.

Aşağıda heç bir şirkətin adı yoxdur: sağ sütun bazarda geniş yayılmış yanaşmanı təsvir edir. Bir sətirdə üstünlük sadə sistemlərin tərəfindədir — onu da yazmışıq.

İllik məbləğ — 25 işçi

QRFlow
390 ₼Başlanğıc
Adi QR davamiyyət sistemləri
≈ 1 482 ₼

İllik məbləğ — 100 işçi

QRFlow
990 ₼Biznes
Adi QR davamiyyət sistemləri
≈ 5 982 ₼

Modul mağazası

QRFlow
Davamiyyət plana daxil, yeddi modul canlı — hər biri ayrıca açılır, almazdan əvvəl 14 gün sınanır
Adi QR davamiyyət sistemləri
Adətən modul anlayışı olmur: nə varsa, tək tarifin içindədir

Brendli mobil giriş

QRFlow
Telefonda sizin adınız və loqonuzla tətbiq (hazır tətbiq mağazalarında deyilik)
Adi QR davamiyyət sistemləri
Adətən bir ümumi tətbiq: bütün şirkətlərə eyni ad və eyni ikon

İşçi yerini gizlədəndə

QRFlow
Qeydiyyat qəbul edilmir — şübhəli hal «keçdi» sayılmır
Adi QR davamiyyət sistemləri
Yer məlumatı gəlməyəndə nə baş verdiyi çox vaxt açıq deyilmir

Quraşdırma vaxtı

flagSadə sistem qazanır

QRFlow
Plan, modullar, icazələr, növbələr — adətən 20–30 dəqiqə
Adi QR davamiyyət sistemləri
Yalnız davamiyyət lazımdırsa, daha az parametrlə işə düşür

Sağ sütundakı illik məbləğlər işçi başına aylıq 5 ₼ modelinə görə hesablanıb — bazarda yayılmış səviyyə, konkret bir şirkətin qiyməti deyil.

Fərq işçi sayından asılıdır: komanda kiçildikcə aradakı məsafə də kiçilir. Öz rəqəminizi kalkulyatorda yoxlayın.

Tam müqayisəni aç arrow_forward

Suallar

Adətən bunu soruşurlar

Ödənişi necə edirik? expand_more

Hesab-faktura və bank köçürməsi ilə. Faktura işçi sayına və seçdiyiniz modullara görə hazırlanır — mühasibatlığınız üçün rəsmi sənəd.

İşçilər telefona tətbiq yükləməlidirmi? expand_more

Xeyr. Kamera QR kodu oxuyur, səhifə brauzerdə açılır. İstəyən işçi həmin səhifəni ana ekrana əlavə edə bilər. App Store və ya Google Play-də tətbiqimiz yoxdur.

İşçi evdən giriş vura bilərmi? expand_more

Yer yoxlaması açıqdırsa, xeyr. İşçi obyektin ərazisindən kənardadırsa qeydiyyat qəbul edilmir. Telefon yerini gizlədirsə də qəbul edilmir — «məlumat yoxdur» bəhanə sayılmır.

Bir işçi digərinin yerinə vura bilərmi? expand_more

Xeyr. Qeydiyyat işçinin öz təsdiqlənmiş telefonuna bağlıdır — başqasının telefonundan oxudulan kod qəbul edilmir. Eyni anda iki dəfə oxudulsa belə, cədvələ yalnız bir qeyd düşür.

İnternet kəsilsə nə olur? expand_more

Skan qeydə alınmır və sistem bunu ekranda dərhal göstərir. Bu, qorumadır: telefonda saxlanılıb sonra göndərilən skanın yerini və vaxtını yoxlamaq mümkün olmadığı üçün belə qeyd hesabatınıza düşmür — tabelinizdə yalnız yeri və vaxtı təsdiqlənmiş qeydlər olur.

Məlumatlarımı çıxara bilərəmmi? expand_more

Bəli. Hesabatlar Excel-ə ixrac olunur və adlar pozulmur. Modulu bağlasanız da qeydlər silinmir: tarixçə oxunaqlı qalır, ixrac açıq olur.

Növbə qaydasını dəyişsəm keçmiş hesabatlar dəyişəcəkmi? expand_more

Xeyr. Qayda hər sessiya açılanda saxlanılır və hesabat həmin şəkilə əsaslanır. Bu ay etdiyiniz dəyişiklik keçən ayın tabelinə toxunmur.

Kim nəyi görə bilər? expand_more

Kimin nəyi görüb-edəcəyini özünüz təyin edirsiniz — hər icazə ayrıca verilir. İdarəçi girişləri iki addımlı təsdiqlə (məsələn, Google Authenticator ilə) qorunur, hər vacib dəyişiklik isə qeydə alınır: kim, nə vaxt, nəyi dəyişdi.

Bu gün bir QR kodla başlayın — sabah bütün filiallarınızı bir ekrandan görün.

Davamiyyəti bu gün qurun. Təmizlik, ziyarətçi və digər prosesləri lazım olanda bir kliklə əlavə edin — yeni sistem qurmadan.

Kart tələb olunmur. Hesablaşma hesab-faktura və bank köçürməsi ilə aparılır.