Niyə bizə etibar edəsiniz
Vədimiz azdır, amma hər birinin arxasında məhsulun özü dayanır. Aşağıda nə söz verdiyimizi və hər sözü özünüzün necə yoxlaya biləcəyinizi görəcəksiniz.
Vədlərimiz
Aşağıdakı altı söz şüar deyil — sistemin hər gün gördüyü işdir. Hər birini demo səhifəsində və ya öz iş sahənizdə yoxlaya bilərsiniz.
İşçi yalnız iş yerindən qeydiyyat edir
Evdən «gəldim» yazmaq, dostuna oxutdurmaq, QR-ın şəklini paylaşmaq — heç biri işləmir. Şübhəli cəhd heç vaxt «keçdi» sayılmır.
Təsdiqlənmiş hesabat sonradan dəyişmir
Növbə qaydasını dəyişsəniz keçmiş ayın tabeli olduğu kimi qalır. Yoxlamada, auditdə, maaş mübahisəsində arxayınsınız.
Heç bir qeyd səssiz itmir
Uğursuz cəhd də qeydə alınır: kim, nə vaxt, hansı səbəbdən. Kim nə dəyişibsə, o da qeydə alınır.
Adlarınız pozulmur
Excel və PDF hesabatlarda Ə, ğ, ı, İ, ö, ş, ü hərfləri olduğu kimi çıxır — sənədi əl ilə düzəltmək lazım gəlmir.
Məlumatınız sizindir
İşçilər, davamiyyət, tabel və hesabatlar istənilən vaxt Excel və ya CSV kimi yüklənir. Modulu bağlasanız da tarixçəniz silinmir. Məlumatı girov saxlamırıq.
Girişiniz qorunur
İdarəçi hesabları iki addımlı təsdiqlə (məsələn, Google Authenticator ilə) qorunur, hər icazə ayrıca verilir.
Sözümüzə inanmayın — özünüz yoxlayın
Üç yol, üçü də pulsuz və qeydiyyat tələb etmir (üçüncüdə qeydiyyat var, kart yoxdur).
Demonu açın
Qeydiyyatsız, elə indi: dörd yoxlamanı bir-bir söndürüb sistemin nə cavab verdiyini görün.
arrow_forward calculateQiyməti özünüz hesablayın
Bütün rəqəmlər açıqdır. İşçi sayınızı yazın — plan, modullar və işçi başına aylıq dəyər dərhal hesablanır.
arrow_forward rocket_launchÖz iş sahənizi açın
Bir neçə dəqiqəyə real iş sahəniz olur: ilk obyekt, ilk növbə, ilk QR kod. Kart tələb olunmur.
arrow_forward